İranın neft hasilatı son 30 ilin ən aşağı həddində

  • 12 İyl - 2019

ABŞ-ın sanksiyaları üzündən İranın neft hasilatı iyun ayında sutkada 2,28 milyon barelə düşüb.

Avropa.info xəbər verir ki, Beynəlxalq Energetik Agentliyinin hesabatına görə bu son 30 ildə ən aşağı göstəricidir. May ayı ilə müqayisədə hasilat 120 min barel azalıb. 

Dəniz yolu ilə neft daşınması daha ciddi səviyyədə sutkada 450 min barel azalıb. 

ABŞ-ın 2018-ci ilin mayında İranla bağladığı nüvə müqaviləsindən çıxmasından əvvəl İran orta hesabla sutkada 2,6 milyon barel neft hasil edirdi.


Oxunma sayı: 551

Oxşar yazılar