Adnan Oktar və şəbəkəsinin işi məhkəməyə göndərildi

  • 15:24 - 12 İyul

İstanbul Baş Prokurorluğu Terrorçuluq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi Adnan Oktar rəhbərliyində silahlı cinayət şəbəkəsinin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib.

Avropa.info xəbər verir ki, istintaq şəbəkənin idarəetməsinin 13 nəfər tərəfindən həyata keçirildiyini müəyyən edib. Onlardan biri axtarışa verilib.

İstintaq işində 24 cinayət maddəsi irəli sürülmüş 226 nəfər şübhəli şəxsin adı var. Şübhəli şəxslərdən 171 nəfərin həbs-qətimkan tədbiri seçilib, 52 nəfəri polis nəzarətindədir. İstintaq çərçivəsində 125 zərərçəkən, 23 şahidin ifadəsi alınıb.

Adnana Oktar və şəbəkə üzvlərinə, siyasi və hərbi casusluğa cəhd, mütəşəkkil cinayətkar dəstə yaratmaq, cinayətkar dəstənin üzvü olmadan ona yardım etmək, cinsi istismar, 6316 saylı qanuna müxalif olmaq, şantay, təhqiq, təhsil və tərbiyə hüququnun məhdudlaşdırılması, azadlığı məhdudlaşdırma, şəxsi danışıqların dinlənilməsi və qeydə alınması, rəsmi sənədlərdə saxtakarlıq və s. Kimi cinayət maddələri irəli sürülüb. 


Oxunma sayı: 5798

Oxşar yazılar