Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?

  • 12 İyl - 2019

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilisdilli “Vikipediya”da yeni məqalə yaradılıb.

MEK-dən Avropa.info-ya bildirilib ki, Nazim Hacıyev xaricdəki erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş A.Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırmış, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olmuşdur. Məhz buna görə həmin iclaslarda Mikoyan və Suslov onu “millətçilikdə” günahlandırmışdılar.

İngilis dilində məqalədə Nazim Hacıyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş informasiya verilir.

https://en.wikipedia.org/wiki/Nazim_Hajiyev?fbclid=IwAR3_QCa8Jls8YZfAQPDpdbc0ERS9q_RrydyClL2g04YLmqixoI0rC8y2_oA


Oxunma sayı: 584

Oxşar yazılar