15 yaşı tamam olmamış vətəndaşlarla bağlı qanunun tətbiqi ertələndi

  • 13:57 - 12 İyul

Azərbaycan Milli Məclisin hazırda davam edən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Komitə sədri Əli Hüseynli bildirib ki, layihədə qanunun qüvvəyə minmə vaxtının uzadılması təklif edilir. Belə ki, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci - Qanunun qüvvəyə minməsi - maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib.

Beləliklə, qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

musavat.com


Oxunma sayı: 10748

Oxşar yazılar