İmişlidə 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

  • 12 İyl - 2019

İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə bugün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 364

Oxşar yazılar