Azərbaycan həbsxanalarında cəza çəkmiş gürcü "qanuni oğru" “Avto Boksyor" İtaliyada xərçəng xəstəliyindən öldü - Video

  • 12 İyl - 2019

İtaliyanın Milan şəhərində “Avto Boksyor” ləqəbli “qanuni-oğru” Aftandil Xetsuriani vəfat edib.

Avropa.info xəbər verir ki, ölüm səbəb kimi onkoloji xəstəlik göstərilir. Avtandil Xetsuriani 1 iyun 1971-ci ildə Gürcüstanın Kutaisi şəhərində anadan olub. O, törətdiyi ağır cinayətlərə görə, o cümlədən maşın qaçırmaq, silah saxlamaq, qarət, həmçinin DİN-nin İmereti bölgəsi üzrə sədri general-mayor Elquci Butsxrikidzeni qaçırmağa görə məhkum olunub.

Məşhur “oğru”lar Kamala Musoyan, Nuqzar Canelidze və Qeloy Kaçeişvili əlaqə qurub. 2000-ci ildə “oğru” adı alıb.

Gürcüstan, Ukrayna və Azərbaycanda cinayətkar qruplaşmalara başçılıq edib. 2005-də Bakıya gələn “Avto Boksyor” cinayətkar qrupları başına toplayaraq evlərin qarəti ilə məşğul olub. 

2006-cı ilin fevralında Bakıda saxlanılıb. Onun üzərində 4 patron, 10 qram heroin tapılıb. Məhkəmədə Aftandil Xetsurianinin ev qarətləri ilə əlaqəsi sübut olunmadı, silah və narkotik saxlamağa görə ona iki il həbs verdilər. O, 1 saylı cəzaçəkmə müəssisində cəzasını çəkib. 

2009-2012-ci illərdə heroin saxlamaq ittihamı ilə Rusiyada həbs çəkib. 2012-ci ilin 25 mayında Gürcüstana deportasiya olunub. Bu tarixdən sonra gürcü “oğru”nun bioqrafiyası qaranlıq qalır.

Ölümündən qabaq onun Milanda ağır formada xəstə olduğu bildirilirdi. Yaxınları onu Fransaya müalicəyə göndərmək istəsə də, Fransa onu qəbul etməyib.


Oxunma sayı: 3532

Oxşar yazılar