ABŞ Cavad Zərifi “qara siyahı”ya salmaqdan vaz keçdi

  • 12 İyl - 2019

ABŞ İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya qərarını təxirə salıb.

Avropa.info xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Soyuq başlar üstün gəldi, hesabladıq ki, bu fayda gətirməyəcək” – mənbə belə deyib. 

Qeyd edək ki, ABŞ maliyyə naziri Stiven Mnuçin Cavad Zərifin sanksiyalar siyahısına salına biləcəyini açıqlamışdı. 

Vaşinqtonun bu qərardan vaz keçməsinin səbəbləri məlum deyil. “Reuters”in fikrinə görə, ABŞ administrasiyası İran nüvə proqramı ətrafında gərginliyin diplomatik həllini axtarır.


Oxunma sayı: 562

Oxşar yazılar