8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəyəm" – Fotolar

  • 12 İyl - 2019

"Qardaş az qalıb, 240-la gedə biləcək mikroavtobusa da sahib olacam”.

Avropa.info unikal.org-a istinadən xəbər verir ki, bu sözləri iyul ayının 9-da Masallıda "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusla törətdiyi qəza nəticəsində 8 nəfərin ölümünə səbəb olan Mustafayev Nizami Malik oğlu sosial şəbəkələrdəki səhifəsində bildirib. 

"Mercedes Benz Vito 115” markalı” mikroavtobusdan  əvvəl "Ford” markalı mikroavtobus idarə edən N.Mustafayev sosial şəbəkədə özünü sürətli mikroavtobus sürücüsü kimi tanıdıb. Dostlarından bəziləri N.Mustafayevə "Ford” markalı mikroavtobusu yavaş idarə etməyi, bəziləri isə sürət həddini yüksəltməyi tövsiyə edirlər.

N.Mustafayev dostlarına yaxın vaxtlarda sürət həddi yüksək olan başqa bir mikroavtobusa sahib olacağını anons edir və belə cavab verir: "Az qalib gedəcək”. 

Beləliklə, bir müddət sonra N.Mustafayev sürət sevən dostlarına 8 nəfərin ölümünə səbəb olan Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusun görüntülərini paylaşır. 

Həmin görüntüləri sizlərə təqdim edirik:

 

 

 

 


Oxunma sayı: 1156

Oxşar yazılar