Metroda qatarların hərəkətində problem yaranıb

  • 12 İyl - 2019

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bununla bağlı Azvision.az -a bildirib ki, "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarlardan birinin qapısında texniki problem yaranıb.  

Onun sözlərinə görə, problem aradan qaldırılıb və qatar hazırda xəttdədir.   

B.Məmmədov qeyd edib ki, hazırda qatarların hərəkəti qrafikə uyğun davam edir. 


Oxunma sayı: 573

Oxşar yazılar