Sudanda yeni hərbi çevriliş cəhdinin qarşısı alınıb

  • 12 İyl - 2019

Sudan ordusunun bir neçə zabiti müxalifətlə Hərbi Keçid Şurasının arasında əldə olunan razılaşmanı pozmaq üçün yeni hərbi çevrilişə cəhd ediblər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Sudan ordusunun məsul şəxsləri çıxış ediblər.

Sudan TV-yə müsahibə verən Hərbi Keçid Şurasının təhlükəsizlik komitəsinin lideri Camal Ömər İbrahim hərbi çevriliş cəhdində ehtiyata buraxılmış zabitlərlə yanaşı vəzifədə olan şəxslərində iştirak etdiyini bildirib. İbrahim çevrilişlə əlaqəsi olan 12 nəfərin həbs olunduğunu, 4 nəfərin də saxlanıldığını bildirib.

Xatırlada ki, hərbi şura, müxalifət və etirazçılar seçkiyədək qalan üç illik müddətdə iqtidarı paylaşmaq barədə razılaşmış, bu qərar illərdir davam edən diktaturanı başa çatdırmağa istiqamətlənmiş addım kimi qiymətləndirilmişdi.


Oxunma sayı: 496

Oxşar yazılar