Ukrayna parlamenti Pavel Klimkinin istefasını qəbul etmədi

  • 11 İyl - 2019

Ukrayna parlamenti xarici işlər naziri Pavel Klimkinin istefasını növbəti dəfə qəbul etməyib.

“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ali Radanın bu gün keçirilən iclasında istefa layihəsini 160 deputat dəstəkləyib. İstefanın qəbuluna isə minimum 226 səs lazımdır.

Qeyd edək ki, P. Klimkin prezident Vladimir Zelenski səlahiyyətlərinin icrasına başlayandan sonra istefa verib və parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də baş tutacaq. 

APA


Oxunma sayı: 1134

Oxşar yazılar