İstanbul metrosunda provokasiya : "Bura dünyəvi ölkədir" bağıraraq hicablı qadına hücum çəkdi, metrodakı vətəndaşlar dərsini verdi (Video)

  • 11 İyl - 2019

İstanbulun Üsküdar metrosunda təxribatçı bir şəxs başörtülü qadına hücum çəkib. 

Avropa.info xəbər verir ki, metroya daxil olan hicablı qadın metorda iki kreslonu zəbt edən bir şəxsdən oturmaq üçün yer istəyib. İddiaya görə, iki kreslonu zəbt edən həmin şəxs xanıma yer vermək əvəzinə metroda dava salıb. "Bura mənim vətənimdir, ərəb sevənlər, bura dünyəvi ölkədir" qışqıraraq başörtülü xanıma hücum çəkən şəxsə metrodakı vətəndaşlar sərt təpki göstərib.

Vətəndaşların təpkisini görən təxribatçı bu dəfə " Türk deyilsinizmi, niyə hicablılara imkan verirsiniz" deyə bağırmağa başlayıb. Metrodakı bir neçə gənc isə həmin şəxsi növbəti stansiyada qatardan yerə endiriblər. 


 


Oxunma sayı: 1266

Oxşar yazılar