Bakıda 16 yaşlı qız itkin düşdü

  • 11 İyl - 2019

Bakının Sabunçu rayonunda 16 yaşlı qız itkin düşüb.

Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yaşayan 2003-cü il təvəllüdlü Seyidzadə Aysun Sadiq qızı dünən saat 11 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası, 1971-ci il təvəllüdlü Seyidova Xəyalə Xəlil qızı ərizə ilə müraciət edib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(oxu.az)


Oxunma sayı: 1035

Oxşar yazılar