Bakıda polkovnikin oğlu faciəvi şəkildə öldü

  • 11 İyl - 2019

Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü Orxan Ağayev yaşadığı evin pəncərəsindən düşərək ölüb.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayevin oğludur.


Oxunma sayı: 1684

Oxşar yazılar