Səudiyyə Ərəbistanı ölkə qadınları üçün daha bir qadağanı götürməyə hazırlaşır

  • 11 İyl - 2019

Səudiyyə Ərəbistanı hakimiyyəti kişi himayədar olmadan qadınlara ölkə ərazisini tərk etmək icazəsi verməyə hazırlaşır.

Avropa.info xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “The Wall Street Journal” nəşri yazır. Qəzetin yazdığına görə, qanun bu il ərzində dəyişdiriləcək.

Qeyd edək ki, hazırda ölkənin bütün qadınlarına, həmçinin 21 yaşınadək kişilərə ölkə ərazisini tərk etmək üçün himayədarın icazəsi lazımdır. Bundan əlavə qadına işə düzəlmək, tibbi yardım almaq və mənzil kirayəyə götürmək üçün ailə və yaxın qohumdan olan kişinin icazəsi lazımdır. 


Oxunma sayı: 1288

Oxşar yazılar