Tatarıstan prezidenti Azərbaycana gəlir

  • 15:24 - 11 İyul

Tatarıstan prezidenti Rüstəm Minnixanov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

APA -nın “Tatarİnform”a istinadən verdiyi xəbərə görə, bu barədə Tatarıstan prezidentinin mətbuat katibinin müavini Liliya Qalimova bildirib.

L. Qalimova bildirib ki, Azərbaycan və Tatarıstan arasında ticarət dövriyyəsi 58 milyon dollar təşkil edir: “Bu, çox aşağı göstəricidir. Bizim əlaqələrimizin ən yaxşı vaxtlarında bu göstərici 200 milyon dollar olub”.

O qeyd edib ki, Tatarıstan prezidentinin Bakıya səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı müzakirə ediləcək.


Oxunma sayı: 7371

Oxşar yazılar