Dünya panikada - Kosmosa buraxılan Birləşmiş Ərəb Əmirliklərinə məxsus raket yoxa çıxdı

  • 11 İyl - 2019

Fransanın “Arianespace”, İtaliyanın Kosmik Agentliyi və Avropa Kosmik Agentliyinin birgə istehsal etdiyi Birləşmiş Ərəb Əmirliklərinə məxsus hərbi təyinatlı raket daşıyan “Veqa” raketi havaya qalxmasından az müddət sonra yoxa çıxıb.

Fransa Qayanasından kosmosa buraxılan raketin Atlantik okeanına düşdüyü bildirilir. Bu günə qədər 15 dəfə kosmosa buraxılan “Veqa” raketlərinin hamısı planlanan hədəfə çatmışdı. Bu hal “Veqa” raketlərinin qeydə alınan ilk uğursuz sınağıdır.

“Arianespace” şirkətinin məsul şəxsi Lük Fabriqes raket qalxmasından sonra çox böyük anormallığın baş verdiyini deyib:

“Əlimizə keçən uçuş məlumatları analizinə baxaraq, qarşıdakı saatlarda daha dəqiq məlumatlar əldə edəcəyik. Bu əsnada hər kəslə ən qısa vaxt ərzində əlaqə saxlayacağıq”.

Raketin hara düşdüyü hələ məlum deyil. Daha əvvəl hava şərtləri ilə əlaqədar “Veqa” raketinin uçuşu iki dəfə təxirə salınmışdı. 

Qeyd edək ki, raket BƏƏ-nin “FalconEye” (Şahin gözü) peyk sisteminin ilk hissəsi olacaq “FalconEye 1” peykini daşıyırdı.


Oxunma sayı: 1013

Oxşar yazılar