Təhdidlər işə yaramadı, Türkiyə gəmiləri Kipri tam olaraq mühasirəyə aldı : Müdafiə nazirliyi FOTOları yaydı

  • 13:39 - 11 İyul

Avropa İttifaqı, ABŞ və Yunanıstan başda olmaqla bir çox ölkənin Türkiyənin Kiprdə qaz və neft axtarış fəaliyyəti göstərməsinə qarşı çıxaraq təhdid dili ilə danışması heç bir işə yaramadı. 

Avropa.info xəbər verir ki, təhdidlərə qarşı dik duruşunu pozmayan Türkiyənin Barbaros, Fateh və Yavuz gəmiləri Kiprin ətrafını bürüyüb. 
 

Yavuz və Fateh qazma gəmiləri ilə Barbaros Hayreddin Paşa Seysmik Tədqiqat Gəmisi Kipri tam olaraq əhatə edib. Yunan Kipri Fateh qazma gəmisi personalı üçün həbs qərarı versə də, Türkiyə Silahlı Qüvvələri bu təhdidlər qarşısında lazım olan tədbirləri görüb. 

Türkiyə Milli Müdafiə Nazirliyi  Yavuz və Fateh qazma gəmiləri və Barbaros Hayreddin Paşa Seysmik Tədqiqat gəmisinin müşayiət edilməsi ilə bağlı fotolar paylaşıb. 

Müdafiə Nazirliyindən yayılan açıqlamada, "Dəniz Qüvvələrimizə məxsus gəmilərimiz və hava vasitələrimiz Yavuz, Fateh Qazma gəmimiz ilə Barbaros Hayreddin Paşa Seysmik Tədqiqat gəmilərinin müşayiətini davam etdirir" deyilib.

Qeyd edək ki, yunan Kipri Türkiyənin bölgədə qaz və neft axtarışı aparmasına imkan verməyəcəyini deyirdi. Rəsmi Ankara isə bölgədə Şimali Kipr Türk Cümhuriyyətinin də payı olduğunu və ŞKTC-yə qaranti duran ölkə olaraq Türkiyənin fəaliyyətlərini davam etdirəcəyini bəyan etmişdi.

Avropa.info


Oxunma sayı: 27259

Oxşar yazılar