İranın qərbində silahlı qarşıdurma : İki SEPAH əsgəri öldürüldü

  • 11 İyl - 2019

İranın qərbindəki Kirmanşah və Kürdüstan əyalətlərində İnqilab Mühafizəçiləri Ordusunun iki əsgəri öldürülüb.

Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun yaydığı açıqlamaya  görə, Kirmanşah əyalətinə bağlı Cevanrud rayonunda silahlı qrupa qarşı əməliyyat həyata keçirilib. 
 

Açıqlamada əməliyyat zamanı çıxan qarşıdurmada silahlı qruplaşmanın çox sayda üzvünün öldürüldüyü bildirilib. Qarşıdurma nəticəsində bir İnqilab Mühafizəçiləri Ordusunun (SEPAH)  əsgərinin öldürüldüyü qeyd olunub.

Digər tərəfdən, Kürdüstan əyalətinə bağlı Servabad rayonunda İnqilab Keşikçiləri Ordusuna mənsub bir əsgərin mina partlaması nəticəsində öldüyü bildirilib.

Avropa.info


Oxunma sayı: 2960

Oxşar yazılar