Son dəqiqə: Türkiyənin PKK-dan azad etdiyi Afrində partlayış – Ölü və yaralılar var

  • 11 İyl - 2019

Türkiyə ordusu və ASO-nun birgə keçirdiyi “Zeytun budağı” əməliyyatı bölgəsi Afrində bomba yüklü mazut tankeri partladılıb. Tankerin partladılmasından sonra yanğın baş verib.

Avropa.info xəbər verir ki, ən azı 8 nəfərin öldüyü, 35 nəfərin yaralandığı bildirilir. Rayon mərkəzində baş verən partlayış nəticəsində bir bina çöküb. Binanın içində neçə nəfərin olduğu məlum deyil. Lakin partlayış nəticəsində ölmüş üç nəfər xəstəxanaya çatdırılıb. Xeyli sayda yaralının da olduğu bildirilir.

Terror aktının məsuliyyətini heç kəs üzərinə götürməyib. Terror aktını YPG/PKK terror təşkilatının etdiyi ehtimal edilir.


Oxunma sayı: 804

Oxşar yazılar