Şimali Koreya Amerikanın istənilən nöqtəsini vura bilər – ABŞ ordusundan etiraf

  • 11 İyl - 2019

ABŞ ordusunun Cənubi Koreya komandanlığı Şimali Koreyanın “Hwasong-15” ballistik raketlərinin ABŞ-ın istənilən nöqtəsini vura biləcəyini etiraf edib.

Avropa.info xəbər verir ki, “Strategic Digest” jurnalının məlumatına görə, Pxenyanın daha iki tip ballistik raketi var. 5,5 min km mənzilli “Hwasong-13” və ABŞ-ın kontinental ərazisinin böyük hissəsini vura biləcək 12,874 km mənzilli “Hwasong-14”.

Jurnal ABŞ-la dialoqun başlamasından sonra Şimal Koreyanın 2017-ci ilin noyabrından etibarən nüvə sınaqlarına və ballistik raket sınaqlarına moratori qoyduğunu bildirir.


Oxunma sayı: 1431

Oxşar yazılar