Deputatlar sabah son iclasa toplanır

  • 12:03 - 11 İyul

Sabah Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclası keçiriləcək.

Avropa.info xəbər verir ki, iclasda 28 məsələ müzakirə ediləcək. 

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. 

Qeyd edək ki, deputatları gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar. 


Oxunma sayı: 8438

Oxşar yazılar