Yunanıstanda qorxunc fırtına – Xeyli sayda ölü və yaralı var (Foto)

  • 11 İyl - 2019

Yunanıstanda yağan leysan yağış, dolu və fırtına üzündə 6 turist həyatını itirib.

Avropa.info xəbər verir ki, ölkənin şimalında əsən fırtına böyük xəsarət yaradıb, 6 nəfərin ölümünə səbəb olub. Ölənlərin hamısı Çexiya, Rumıniya və Rusiyadan gələn turistlərdir. 4-ü ağır olmaqla 108 nəfər yaralanıb. Regionda fövqəladə vəziyyət elan olunub.

Yunanıstan mətbuatının yazdığına görə, rumıniyalı 8 yaşlı uşaq və anası oturduqları restoranın tavanının çökməsi nəticəsində həyatlarını itiriblər.

54 yaşlı Rusiya vətəndaşı və iki yaşlı oğlu devrilən ağacın altında can verərək ölüblər. 

Çexiya vətəndaşı olan bir ailənin iki üzvü isə avtomobilin devrilib sürüklənməsi nəticəsində həyatlarını itiriblər.


Oxunma sayı: 1299

Oxşar yazılar