Hörmüz boğazında hərbi qarşıdurma – İran Britaniya neft tankerini saxlamağa çalışdı

  • 11 İyl - 2019

İran gəmiləri Hörmüz boğazında Britaniyanın neft tankerini saxlamağa çalışıblar.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniya hökuməti çıxış edib. Hadisə İran neft tankerinin Cəbəllütariq boğazında britaniyalı dənizçilər tərəfindən saxlanılmasından bir həftə sonra baş verib.

İnsident dünən baş verib. Üç İran kateri “British Heritage” ticarət gəmisinin keçməsinə mane olmağa çalışıblar. Lakin tankeri müşayiət edən “HMS Montrose” freqatının tələbindən sonra geri çəkilməyə məcbur qalıblar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu hadisə ilə əlaqəsini təkzib edir. Hadisəni İran XİN-də təkzib edir.

“Onlar nə iddia edirsə, nə danışırlarsa vəziyyətin gərginləməsinə istiqamətlənib. Bu bəyanat heç nə ifadə etmir” – xarici işlər naziri Cavad Zərif deyib.


Oxunma sayı: 1211

Oxşar yazılar