Biləsuvarda qadın qarpızdan ölüb? - AQTA araşdırır

  • 11 İyl - 2019

Biləsuvarda qadının qarpızdan zəhərlənərək ölməsi ilə bağlı yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

AQTA-da Avropa.info-ya verilən məlumata görə, hadisənin qida zəhərlənməsi olub-olmaması və baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar aparılmaqdadır. 

Qeyd olunub ki, araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, Biləsuvarda 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə qarpızdan zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına aparılıb, lakin şəxsin həyatını xilas etmək mümkün olmayıb.


Oxunma sayı: 716

Oxşar yazılar