Tovuzun “mal bazarı”nda silah arsenalı tapıldı – Foto

  • 11 İyl - 2019

Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən köhnə “mal bazarı”nda silah arsenalı aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Avropa.info-ya verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən yuxarıda adı çəkilən ərazidə mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə gələrək baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 16 ədəd əl qumbarası (8 ədəd RQD-5, 5 ədəd RQ-42, 2 ədəd F-1 və 1 ədəd M-75), 16 ədəd əl qumbarasının partladıcısı (15 ədəd UZRQM və 1 ədəd VBR M-75), 1 ədəd tank əleyhinə RKQ-3M əl qumbarası və 2 160 ədəd 5.45 mm-lik patron aşkar olunub.

Silah-sürsat zərərsizləşdirilmək üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Oxunma sayı: 661

Oxşar yazılar