Dənizdə sərxoş şəxslər xilasedicini döydülər

  • 11 İyl - 2019

Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüb.

Avropa.info “report”a istinadən xəbər verir ki, sərxoş olan bir neçə şəxs Buzovna qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Ramili və Mahmudov Hüseyni döyüblər.

Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alan şəxs aidiyyatı həkimlərin nəzarətinə götürülüb. 


Oxunma sayı: 683

Oxşar yazılar