Qurban Qurbanov: "Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik"

  • 10 İyl - 2019

"Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Partizani" ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra keçirdiyi mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydan sahiblərinin çıxışına diqqət çəkib: "Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı. Çünki, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq".

Qurbanov bildirib ki, bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər etmək olar.

Qeyd edək ki, Bakıdakı qarşılaşma iyulun 17-də "Dalğa Arena"da təşkil olunacaq.


Oxunma sayı: 1805

Oxşar yazılar