Neftcalada yol qəzası olub, 6 nəfər xəsarət alıb

  • 10 İyl - 2019

Neftçala rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 859

Oxşar yazılar