Bakıda 30 cinаyətkаr qrup ifşa olunub

  • 10 İyl - 2019

Cari ilin altı ayı ərzində paytaxtda 23 soyğunçuluq və quldurluq cinayəti törətmiş 21 nəfərdən ibarət 13 qrup, eləcə də 51 mənzil oğurluğu törədən 67 nəfərdən ibarət 30 cinаyətkаr qrup ifşa olunub.

Bu barədə iyulun 10-da Bakı Şəhər Baş Polis İdarəsində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində məlumat verilib.

Diqqətə çatdırılıb ki, nаrkоtiklərlə bаğlı aşkarlanan 681 fakt üzrə qanunsuz dövriyyədən 303 kiloqramdan çox narkotik vasitə çıxarılıb, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara dəyən maddi ziyanın 92,8 faizinin ödətdirilməsi təmin olunub.


Oxunma sayı: 1420

Oxşar yazılar