118 ton Azərbaycan məhsulu Rusiyaya buraxılmadı

  • 20:26 - 10 İyul

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub.

“Report” bildirir ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.

Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyub. "Rosselxoznadzor" nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah ediblər.


Oxunma sayı: 13663

Oxşar yazılar