Gürcüstanda Prezident Sarayı qarşısında aksiya keçirilir

  • 10 İyl - 2019

Tbilisidə Prezident Sarayının qarşısında etiraz aksiyası keçirilir.

"Vahid Milli Hərəkat" partiyasından olan etirazçılar Gürcüstan prezidenti Salome Zurabişvilinin ötən gün keçirdiyi brifinqdə Rusiya rəhbərliyinə müraciət edərkən işlətdiyi ifadələrə etiraz edirlər.

Onlar prezidentin gürcü cəmiyyətini alçaltdığını, Tbilisidə keçirilən mitinqlərin iştirakçılarını nəzərdə tutaraq "radikal qüvvələr" sözü işlətdiyini bildiriblər.

Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti S.Zurabişvili Rusiya rəhbərliyinə müraciət edərək gərginliyin radikal qüvvələr tərəfindən yaradıldığını bildirib. O qeyd edib ki, ölkənin və regionun stabilliyi üçün yeganə yol hazırkı hökumətin yürütdüyü sülhməramlı siyasətdir.

APA


Oxunma sayı: 1145

Oxşar yazılar