Türkiyəyə saç əkdirməyə getmişdi, həmyerlisi tərəfindən soyuldu

  • 10 İyl - 2019

İstanbula saç əkdirmək üçün gedən Azərbaycan vətəndaşı öz həmvətəni tərəfindən soyulub.

Avropa.info virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Küçükçekmece ərazisində may ayının 12-də baş verib.

Azərbaycanlı kişi İstanbulda tanış olduğu həmyerlisi A.Röyalın evində qonaq qalıb. Lakin ev sahibi qonağı tək qoyaraq mayın 12-də evi tərk edib. Həmin gün qəfildən evə maskalı şəxs hücum edib. Azərbaycanlını bıçaqla hədələyərək 2 min 100 dollar, 20 min rubl pul və mobil telefonunu alıb.

Hadisə yerinə polis çağırılıb və polis təxminən 2 ay araşdırmadan sonra maskalı şəxsin elə ev sahibi A.Röyal olduğunu müəyyən edib. Həmçinin o da məlum olub ki, şübhəli daha əvvəl də özünü polis əməkdaşı kimi təqdim edərək soyğunçuluq törədib. O, iyun ayının 10-da başqa bir yoldaşı ilə birlikdə iki İran vətəndaşını silahla hədələyərək pulunu ələ keçirib.

Hazırda A.Röyal saxlanılıb, faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1475

Oxşar yazılar