Səfir Trampın atmacalarına dözmədi, istefa verdi

  • 10 İyl - 2019

Böyük Britaniyanın Vaşinqtondakı səfiri Kim Darrok istefa verdiyini açıqlayıb.

Avropa.info axar.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Xatırladaq ki, İngiltərənin Vaşinqtondakı səfiri Kim Darrok ABŞ Prezidenti ilə bağlı hazırladığı hesabatda Donald Trampı "bacarıqsız" və "utancverici" adlandırıb. Bundan sonra ABŞ Prezidentinin səfirə təzyiqləri başlayıb. Tramp müxtəlif çıxışları zamanı səfirlə çalışmaq istəmədiyini söyləyib, onun haqqında "axmaq" və "özündənrazı" ifadələrini səsləndirib.


Oxunma sayı: 1101

Oxşar yazılar