Nəcməddin Sadıkov və Valeri Gerasimov arasında görüş keçirilib – Foto

  • 10 İyl - 2019

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşüb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik, habelə hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib. V. Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.

Nəcməddin Sadıkov və Valeri Gerasimov arasında görüş keçirilib

Oxunma sayı: 1640

Oxşar yazılar