İrəvanda Köçəryanın tərəfdarları saxlanıldı

  • 15:28 - 10 İyul

Bu gün İrəvanda keçirilən etiraz aksiyasında sabiq Ermənistan prezidenti Robert Köçəryanın 6 tərəfdarı saxlanılaraq polis şöbəsinə aparılıb.

Avropa.info xəbər verir ki, Ermənistan polisinin yaydığı məlumatda həmi şəxslərin polisin tələblərinə tabe olmadığı deyilir.

Qeyd edək ki, Köçəryan tərəfdarları Avropa Şurasının sədri Donald Tuskun Ermənsitana səfəri ilə bağlı şəhər mərkəzində aksiya keçiriblər. Onlar Tuskun mətbuat konfransının keçirildiyi binaya daxil olmağa çalışsalar da, polis qarşılarını kəsib.


Oxunma sayı: 6722

Oxşar yazılar