Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

  • 10 İyl - 2019

Ermənistanın bəzi vilayətlərində, o cümlədən İrəvanda elektrik təchizatında problemlər yaranıb.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, İrəvan metrosunun işi dayanıb.

Qeyd olunur ki, telefon şəbəkəsi və internet fasilələrlə işləyir. Ölkə ərazisində elektrik enerjisinin ötürülməsi və paylanması funksiyalarını yerinə yetirən “Ermənistan elektrik şəbəkələri” QSC hələlik baş vermiş hadisəni şərh etməyib.

*   *   *

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan özünün Facebook səhifəsində bütün ölkə boyu elektrik enerjisinin kəsilə biləcəyi haqda xəbərdarlıq edib. Avinyan təsdiq edib ki, Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İES-in enerji blokunda qəza baş verib.

“Hazırkı məqamda bizim energetika sistemində qəza baş verib. “İrəvan” İES  bütünlüklə və “Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür. Problemi saat 19.00-a qədər aradan qaldırmaq üçün işlər aparılır”,-o bildirib.

“Sputnik Ermənistan” əlavə edir ki, tunellərdə qalmış metro vaqonlarından sərnişinlər təxliyə edilib.


Oxunma sayı: 1299

Oxşar yazılar