Türkiyə ordusu PKK-nın 7 "lider"indən biri olan "Halmat Diyar"ı məhv etdi : Terror təşkilatı ölkənin şərqində yaşayan kürd xalqını "satqınlıq"da ittiham etdi

  • 10 İyl - 2019

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən koordinasiyalı keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının Qəndildə gizlənən 7 "lider"indən biri “Halmat Diyar” kod adlı Diyar Qərib Məhəmməd adlı lideri nöqtə zərbəsi ilə məhv edilib.

Avropa.info xəbər verir ki, “Halmat diyar”ın ölümü terror təşkilatında şok effekti yaradıb. PKK-nin digər lideri Murat Karasu “Halmat diyar”ın ölümündə kürdləri ittiham edib. O, təşkilat daxilində pulla satın alınmış insanların olduğunu bildirib.

Terror təşkilatının lideri Kürdüstan Demokrat Partiyasının və İraq Kürd Regional Hökumətinin sədri Nəçirvan Bərzanini də hədəfə götürüb:

“Türkiyə dövləti biz kürdlərə qarşı deyilik, PKK-ya qarşıyıq deyir. Çünki KDP ilə YNK ilə başqa kürd təşkilatları ilə münasibətlər yaradırlar və kürdlərə qarşı deyiləm, PKK-ya qarşıyam deyirlər. İndi Nəçirvan Bərzaninin deyimi ilə reallıqlar uyğun gəlirmi? Nəçirvan Bərzani dünənki hücumda da PKK-nın səbəb göstərir”. 

Terror təşkilatı lideri  Türkiyə dövləti ilə əməkdaşlıq edən kürdləri cəzalandırmaqla hədələyib. Onları xəyanətdə ittiham edib. 

 "Bu çərçivədə Türkiyənin şərqində yaşayan kürdlərə, Türkiyə ilə əməkdaşlıq edən agentlərə xəbərdarlıq edirik. Türkiyə ilə əməkdaşlıq edənlər cəzalandırılacaqdır. Sonra kimsə niyə belə oldu deməsin. Kimsə Türkiyənin PKK ilə savaşına dəstək verməməlidir. Heç bir siyasi qüvvə də Türkiyə ilə bu cür əməkdaşlığa, agentliyə bəraət qazandırmamalıdır. Edənlər ən ağır formada cəzalandırılacaq" - deyə terrorçubaşı Murat Karasu kürd xalqını xəyanətdə ittiham edib. 


Oxunma sayı: 2883

Oxşar yazılar