Narkotik çəkib sərnişin daşıyan sürücü saxlanıldı – Foto

  • 10 İyl - 2019

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü aşkarlanıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, taksi qismində idarə etdiyi "Tofaş" markalı avtomobillə Bakıdan Astaraya sərnişin aparan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Ə. Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Narkotik çəkib sərnişin daşıyan sürücü saxlanıldı - FOTO

 

Narkotik çəkib sərnişin daşıyan sürücü saxlanıldı - FOTO

 

Narkotik çəkib sərnişin daşıyan sürücü saxlanıldı - FOTO

Oxunma sayı: 1090

Oxşar yazılar