Bakının su altında qalan ərazilərində drenaj qurulacaq

  • 13:59 - 10 İyul

Bakının yağış və məişət suları axan ərazilərində drenaj sistemlərinin qurulması ilə bağlı layihələr nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, layihələrin cari ildə reallaşdırılması planlaşdırılır:

"Paytaxtın Binəqədi, Sabunçu və bir sıra rayonlarında kanalizasiya sisteminin olmaması ilə əlaqədar subasma hallarının baş verməsi məlumdur. "Azərsu" ASC bu istiqamətdə tədbirlər görür, layihə planları hazırlanır".


Oxunma sayı: 8229

Oxşar yazılar