Tanımadığı şəxslər onu bıçaqlayıb getdilər

  • 10 İyl - 2019

Abşeron rayonunda evinin qarşısında dayanan şəxs bıçaqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xırdalan şəhəri, Rəsulzadə küçəsində baş verib. 1982-ci il təvəllüdlü Ərşad Mehrəliyev evinin qarşısında dayandığı zaman tanımadığı 3 nəfər ona yaxınlaşıb. 

Söhbət əsnasında onlar mübahisə ediblər, həmin şəxslərdən biri bıçaqla Ə.Mehrəliyevin döş qəfəsindən zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həmin şəxslər isə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Oxunma sayı: 1211

Oxşar yazılar