ABŞ "dərin dövlət"inin Türkiyəyə qarşı S-400 qəzəbinin əsl səbəbi - Silah bazarı savaşı və ...

  • 10 İyl - 2019

Türkiyəli hərbi ekspert, professor Mete Gündoğan ABŞ və Türkiyə arasında cərəyan edən S-400 böhranı ilə bağlı “Yeniakit” qəzetinin internet saytına müsahibə verib.

Avropa.info xəbər verir ki, Gündoğan Türkiyənin hökumətinin bu məsələdə uğurlu hərəkət etdiyini deyib:

“S-400-ü mütləq almağımız lazımdır. Hazırda S-400-lərdən daha güclü HHM sistemi yoxdur. Elə  bir regiondayıq ki, S-400-ün bizim üçün strateji əhəmiyyəti var”. 

Gündoğan Türkiyənin S-400 HHM sistemi aldıqdan sonra hava məkanını da tam təminat altına almayacağını deyib:

“Müharibə təbii ki, dəhşətli hadisədir. Deyək ki, S-400 aldınız. ABŞ B-52-lərlə bombalayır. Onların uçuş yüksəkliyi 45 km-dir, S-400 isə 35km-ə qədər yüksələ bilir. Dolayısı ilə bombasını təpədən atır. Arxasından 300 təyyarə daha gəlir. S-400 aldıq deyə hava sistemimiz tamamilə təhlükəsizlikdədir deyə bilmərik”.

Hərbi ekspert Türkiyənin S-400 məsələsindən ABŞ-ı dəli etməsinin səbəbinin silah bazarı davası olduğunu bildirib:

“Amerika dediyimiz qurum əslində silah sənayesi üzərində qurulub. “Dərin Amerika” da Pentaqondur. Pentaqon da silah sənayesinin mərkəzidir. Siz indi S-400 aldığınız zaman onların sənayesinin qarnında deşik açırsınız. Bu regiona silah satan kimdir? Amerika. Ərəblərə, bizə, hər tərəfə silah satırlar. Bunların texnologiyasından daha üstün texnoloji silah ilk dəfə NATO ölkəsinin bazarına girəcək. Bu bir bazar davasıdır. ABŞ-ın dəli kimi bağırmasının arxasında yatan səbəb budur. Türkiyə S-400-ləri aldığımız zaman digər ölkələr “Türkiyədə var. Bizdə də olsun” deyəcək. Rusiyanın S-400 satdığı hər yerdə ABŞ silah satışını, yəni bazarı itirəcək. Bu bazarı itirməmək üçün dalaşırlar”.

Türkiyənin stabil və qətiyyətli mövqeyi ilə Yaxın Şərqdə çox qan axmasının qarşısını aldığını bildirən Gündoğan “Biz elm adamları Türkiyənin S-400 məsələsində mövqeyini sona qədər dəstəkləyirik” deyib.

Avropa.info


Oxunma sayı: 4038

Oxşar yazılar