Din və Demokratiya Mərkəzi Quba şəhərində seminar keçirib

  • 10 İyl - 2019

Din və Demokratiya Mərkəzi İctimai Birliyi iyulun 8-də Quba şəhər Mərkəzi rayon Kitabxanasında “Dinin siyasiləşdirilməsi meyllərinə qarşı mübarizə” mövzusunda ilk tədbirini keçirib.

Seminar-müzakirəni Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yəhyayeva açaraq bildirib ki, Azərbaycanda tarixən bütün dinlərin təmsilçiləri dost kimi yaşayıblar, birgə çalışıblar, heç vaxt dini zəmində qarşıdurma baş verməyib. «Hazırda Azərbaycan elə bir regionda yerləşir ki, burada bir sıra böyük dövlətlərin marağı toqquşur. Müasir dövrdə bütün dünyada geniş vüsət alımış və əsas qlobal təhdidlərdən birinə çevrilmiş dinin siyasətlərə alət edilməsi, ekstremizm, dini radikalizm və fanatizmlə mübarizə məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu sahədə hər bir vətəndaşın, o cümlədən QHT-lərin üzərinə böyük vəzifələr düşür», deyə o qeyd edib.

Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin sədri Vasif Sadıqlı geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, postsovet ölkələrində dini situasiya ilə digər müsəlman ölkələrindəki vəziyyət arasında ciddi fərqlər var. “Ölkəmiz müstəqillik əldə edəndən sonra bir sıra müsəlman ölkələrdən gələn emissarların uzun illər ateizm ideologiyasının hakim olduğu bir ölkədə yaşamış insanların həmin ölkə dağılandan sonra yaranan ideoloji vakuum, vətəndaşların dini biliklərinin zəif olmasından necə istifadə etməsi, ötən əsrin 90-cı ilərində bu günə kimi dini siyasətə alət edənlərlə aparılan mübarizə barədə məlumat verib. O deyib ki, fundamentalistlər tərəfindən dinin siyasiləşdirilməsi milli-dünyəvi dövlət quruluşuna qarşı yönəlib. Sonra V.Sadıqlı xüsusən gənclərin yaxşı həyat perspektivi, şirnikdirici vədlərə inanmaması üçün maarifçiliyi işinə ehtiyac olduğunu bildirib. Əks təqdirdə gənclər gizli terrorizmin toruna düşə bilərlər”.

Quba QHT Regional Resurs Mərkəzinin sədri Eynulla Xeyrullayevöz çıxışında siyasiləşmiş dini cərəyanların doğurduğu təhlükəyə qarşı vətəndaş cəmiyyəti institutlarının bölgələrdə bu cür tədbirləri davamlı şəkildə təşkil etmələri çox zəruri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Digah məscidinin imamı Eldar Qurbanov, Quba Səkinə xanım məscidinin təmsilçisi Vüqar Bağırov və digər iştirakçılar Azərbaycanda dövlət-din münasibətlərinin sağlam zəmində qurulması, orta məktəblərdə ilkin dini bilgilərin verilməsinin əhəmiyyəti, dinin siyasiləşdirilməsinin fəsadları, radikal dini cərəyanların təsirinə düşənlərlə rəftar və s. barədə danışıblar.

Seminar-müzakirə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilib.

 


Oxunma sayı: 1167

Oxşar yazılar