“Maduronu hələ də rusiyalı hərbçilər qoruyur” – ABŞ admiralı

  • 10 İyl - 2019

Venesuelada prezident Nikolas Maduronun mühafizəsi üçün yüzlərlə rusiyalı hərbçi qalır. 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ SQ-nin cənub komandanlığının komandanı admiral Kreyq Foller Senat qarşısında çıxış edib. 

“Rusiya ordusu və rus hərbi mütəxəssislər hələ də Venesueladadır. Maduro rejimini dəstəkləyirlər” – çıxış zamanı deyib.

Foller hesab edir ki, Rusiya qoşunlarının Latın Amerikasında yerləşdirilməsi ABŞ-a güc nümayişindən başqa bir şey deyil.

Qeyd edək ki, 26 iyunda Rusiya Venesueladan mütəxəssislərini geri çağırdığını bəyan etmişdi.


Oxunma sayı: 1167

Oxşar yazılar