““Konqres icazə vermir” deyə-deyə bu dövrə gəldik” – Ərdoğandan S-400 və “Patriot” açıqlaması

  • 10 İyl - 2019

“S-400 HHM sistemlərinin birgə istehsalı məsələsində cənab Putinlə bu işi başladığımızdan andan razılığımız var. Birgə istehsala da inşallah deyəcəyik. Hər hansı problem yoxdur”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidenti Ərdoğan çıxış edib. 

“Bu spekulyasiyalar təəssüf ki, bizim S-400 alımından imtina etməyimizi istəyənlərin irəli sürdüyü tezisdir. Bundan imtina etsin deyirlər, belə bir şey müzakirə mövzusu deyil. Digər suala gəlincə, belə alım və sərmayə niyə lazımdır? Biz harada, necə lazım olarsa, biz də bunu təbii ki, eyni formada istifadə etmək imkanına, haqqına sahib olacağıq. Bu bir HHM sistemidir. Belə olduğuna görə, əgər kimsə bizə hücum edərsə, bu hücum qarşısında HHM vasitəmizi fəaliyyətə salacağıq”. 

Ərdoğan sabiq ABŞ prezidenti dövründə Türkiyənin “Patriot” tələbinin niyə rədd edildiyinə də aydınlıq gətirib:

““Patriot”larla bağlı fəaliyyətimizi Obama dövründə başlatdıq. Fəqət cənab Obama təəssüf ki, bizə hər dəfə “Konqres icazə vermir” dedi. “Konqres icazə vermir” deyə-deyə bu dövrə gəldik. İndi cənab Tramp bunu bildiyi üçün haqlı olduğumuzu təsbit etdi və “Bunların hamısı Obamanın səhvləridir” dedi. Çox ağır ifadələr işlətdi və “Haqlısan” dedi. Ən sonda haqqımızı verdi və mətbuatın qarşısında yoldaşlarına da bunu dedi. “Patriot”ların verilməsi Tramp dövründə də ilişib qaldı. Yenə “oldu verdik, veriririk” deyə bilmədi.


Oxunma sayı: 1706

Oxşar yazılar