Rusiya Gürcüstanla uçuşları bərpa edə bilər

  • 10 İyl - 2019

Müsbət dinamika saxlanıldığı təqdirdə Rusiya Gürcüstanla hava nəqliyyatını bərpa edə bilər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya XİN çıxış edib. 

“Gürcüstanda vəziyyət normallaşarsa, rusofobiya kəsilərsə, vətəndaşlarımızın təhlükəsizliyi təmin olunarsa, hava nəqliyyatının bərpasından danışmaq olar” – “Kommersant” yazır.

XİN-dən bildiriblər ki, Moskva Gürcüstanla viza rejiminin bərpasına qayıtmağa hazırdır.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında münasibətlər 20 iyundan sonra bu ölkəyə səfər edən rusiyalı deputat Sergey Qavrilovun tədbir zamanı parlament spikerinin kreslosunda oturmasından sonra pisləşmişdi. Münasibətləri gərginləşdirən sonuncu insident isə “Rustavi 2” telekanalının jurnalistinin efirdə Rusiya prezidentini təhqir etməsi olmuşdu.


Oxunma sayı: 1178

Oxşar yazılar