Milyarder ABŞ-da prezident seçkilərində iştirak edəcək

  • 10 İyl - 2019

Amerikalı milyarder Tom Steyer ABŞ-da 2020-ci il prezident seçkilərində iştirak edəcək.

Avropa.info Trend-ə istinadən bildirir ki, Stayer Demokrat Partiyasından namizəd olacaq.

Bildirilir ki, milyarder bu ilin yanvar ayında qeyd etmişdi ki, seçkilərdə iştirak etməyəcək.

Xatırladaq ki, bundan əvvəl 2020 prezident seçkiləri üçün Demokrat Partiyadan Vermont senatoru Bernie Sanders, Massaçusets senatoru Elizabet Uorren (Elizabeth Warren), Nyu-Cersi senatoru Kori Buker (Cory Booker) və Kaliforniya senatoru Kamala Harris indidən namizədliklərini açıqlayıblar. Demokrat Partiyanın namizədi Hillari Klinton isə 2020-ci il prezident seçkiləri üçün namizəd olmayacağını açıqlamışdı.


Oxunma sayı: 1244

Oxşar yazılar