İranda silahlıların hücumu zamanı üç hərbçi həlak olub

  • 09 İyl - 2019

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun 3 hərbi qulluqçusu həlak olub.

Bu barədə “Mehr”agentliyi bildirib.

Bildirilir ki, hadisə Qərbi Azərbaycanvilayətində, Piranşahr şəhərində baş verib. Hücum zamanı həmçinin daha 1 hərbi qulluqçu yaralanıb.

Bildirilir ki, silahlılar hərbi qulluqçuların nəqliyyat vasitəsinə atəş açıblar. Cavab atəşi ilə 3 silahlı öldürülüb, daha 1 silahlı yaralanıb .

 

 

report


Oxunma sayı: 1805

Oxşar yazılar