Suriyanın İstanbuldakı Baş Konsulluğunda müxalifət nümayəndəsinə hücum oldu

  • 09 İyl - 2019

Suriyanın İstanbuldakı Baş Konsulluğunda müxalifət nümayəndəsinə hücum olub.

“Report” xəbər verir ki, bunu Suriya müxalifətinin danışıqlardakı heyətinin keçmiş sözçüsü Üsamə əbu Zeyd deyib.

O, 300 dollar qarşılığında konsulluqdan görüş aldığını bildirib: “Nikah məsələsi ilə bağlı baş konsulluğa getmişdim. Konsulluğun əməkdaşı qolumdakı müxalifətin rəmzini görən kimi qapını üzümə çırpdı. Onlara “bura Türkiyədir, Suriyanın kəşfiyyat mərkəzi deyil” deyən kimi üstümə hücum etdilər. Döymək istədilər. Mühafizəni çağırdılar. Məni binadan uzaqlaşdırdılar. Suriyadakı Bəşər Əsəd rejimi ilə əlaqəsi pis olsa da, Türkiyə suriyalılara xidmət etməsi üçün konsulluğu bağlamadı. Bura gələn suriyalılar konsulluğun əməkdaşları tərəfindən təhqir edilirlər. Türkiyə bunun qarşısını almaq üçün tədbir görməlidir. Hazırda 200-ə yaxın Suriya vətəndaşı konsulluğun binasının qarşısında gözləyir. Pasportunu təcili dəyişmək istəyənlərdən 800 dollar istəyirlər. Bunu normal vaxtda almaq istəyənlərdən isə 300 dollar alırlar. Arayışların təsdiqi üçün 100 dollar tələb olunur”.


Oxunma sayı: 1310

Oxşar yazılar