Dövlət başçısı: "Azərbaycan və Avropa İttifaqı enerji təhlükəsizliyi və nəqliyyat sektorunda çox konstruktiv əməkdaşlıq edir"

  • 09 İyl - 2019

"Bu gün biz həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxış edərkən deyib. 

"Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq", - deyə dövlət başçısı qeyd edib.


Oxunma sayı: 1321

Oxşar yazılar